Daha iki marşrut avtobusunda ödəniş nağdsız olacaq

img

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir.

AYNA-dan Rezonans.az-a bildirilib ki, fevralın 10-dan Zığ qəsəbəsi – “Neftçilər” metro stansiyası istiqamətində fəaliyyət göstərən 43 nömrəli şəhərdaxili, fevralın 11-dən isə Ramana qəsəbəsini “8-ci kilometr bazarı” ilə əlaqələndirən 214 nömrəli şəhərətrafı müntəzəm marşrutları nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.

Xəbəri paylaş: