Brent bahalaşdı

img

Londonun ICE birjasında Brent markalı neftin aprel fyuçerslərinin qiyməti yanvarın 31-dən bəri ilk dəfə bir barel üçün 82 dolları ötüb.

Rezonans.az xəbər verir ki, "qara qızıl"ın qiyməti 0,4% artaraq bir barel üçün 82,07 dollar təşkil edib.

Eyni zamanda WTI markalı xam neftin mart fyuçersləri 1,34% bahalaşaraq 77,15 dollar/barelə çatıb.

Xəbəri paylaş: