İspaniyada qatarlar toqquşdu

img

İspaniyanın Barselona şəhərindən 14 kilometr aralıda yerləşən Sant Boi de Llobregat stansiyasında yük qatarı ilə şəhərətrafı qatar toqquşub.

Rezonans.az xəbər verir ki, hadisə nəticəsində qatarın maşinisti dünyasını dəyişib, 2-si ağır olmaqla 85 nəfər yaralanıb.

Qəzadan sonra şəhərətrafı qatarda olan 100-ə yaxın sərnişin təxliyə edilib.

Qəzadan sonra bölgəyə səfər edən Kataloniya Regional vitse-prezidenti Jordi Puignero bildirib ki, qəzanın səbəbləri ilə bağlı dərhal araşdırma başlanacaq.

Xəbəri paylaş: