Ağcabədidə qanunsuz ov edən şəxslər saxlanılıb

img

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsi ərazisində qanunsuz ov edən 2 nəfəri müəyyən edib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Rezonans.az-a verilən məlumata görə, həmin şəxslərdən 1 ədəd müvafiq sənədi olmayan ov silahı və qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: