ABŞ-də helikopter qəzası - 6 nəfər öldü

img

ABŞ-nin Kaliforniya ştatının Nipton şəhərində Nevada sərhədi yaxınlığında göyərtəsində altı nəfərin olduğu “Eurocopter EC 130” helikopteri qəzaya uğrayıb.

Rezonans.az xəbər verir ki, bu barədə NBC televiziyası ABŞ-nin Federal Aviasiya Administrasiyasına istinadən məlumat verib.

Məlumata görə, hadisə nəticəsində sağ qalan tapılmayıb.

Federal Aviasiya Administrasiyası və ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası qəza ilə bağlı araşdırmalara başlayıb.

Xəbəri paylaş: