Seçki prosesi marafonunda MSK-ya yalnız bir şikayət daxil olub

img

Seçki prosesi marafonunda Mərkəzi Seçki Komissiyasına (MSK) yalnız bir şikayət daxil olub.

Rezonans.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov fevralın 11-də prezident seçkilərinin yekunları ilə bağlı keçirilən iclasda səsləndirib.

“MSK daxil olan müraciətlərə kifayət qədər həssas yanaşıb. “Qaynar Xətt”ə 700-ə yaxın zəng daxil olub. Bunlardan 670-ə yaxını seçici siyahısı ilə bağlı olub. Hüququ sənədlərlə bağlı 130 müraciət daxil olub və bu da aydınlaşdırma xarakteri daşıyıb”, - deyə o əlavə edib.

Xəbəri paylaş: