Türkiyədə avtobus qəzası: Ölən və yaralananlar var

img

Türkiyənin Balıkesir şəhərinin Edremit rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.

Rezonans.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb. Qəzaya səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.

Xəsarət alanlara ilkin tibbi yardım göstərilib.

Xəbəri paylaş: