ABŞ-də məktəbdə atışma - Dörd şagird xəsarət alıb

img

ABŞ-nin Corciya ştatında məktəbdə atışma olub.

Rezonans.az xarici mətbuata istinadən xəbər verir ki, Atlanta şəhərində baş verən hadisə nəticəsində 4 orta məktəb şagirdi yaralanıb.

Atışma məktəb binasının qarşısındakı dayanacaqda baş verib. Onlar xəstəxanaya çatdırılıblar, hazırda həyatları üçün təhlükə yoxdur. Hadisədən sonra məktəb bağlanıb.

Polis şübhəlilərin həbsi barədə açıqlama verməyib.

Xəbəri paylaş: