Bir daha sübut olunur ki, nə ediriksə, özümüz edirik...

img

Bəlkə də yeganə millətik ki, hər dəfə dövləti məcbur edirik ki, cinayyət məcəlləsinə yeni maddə əlavə eləsinlər. Müharibə oldu, strateji yerlərdən videolar şəkillər paylaşmağa başladıq və onun pis fəsadları oldu. 


Dövlət cinayyət məcəlləsinə maddə əlavə etdi ki, bu kimi hallar cinayyət məsuliyyəti yaradır. Sonra başladıq hərə bir regiona bayraq hazırlamağa. Bəs bu region əvvəllər belə olub, helə olub mənasız-mənasız , boş-boş, mənbəsiz xəbərlər paylaşmağa. Dövlət yenə cinayyət məcəlləsinə maddə əlavə etməli oldu ki, Azərbaycan Dövlətinin mənafeyinə uyğun olmayan və parçalama məqsədi daşıyan bayraqlar, loqolar cinayyət məsuliyyəti yaradır. 


İndi... ölkədə sarsıdıcı cinayyət baş verib. Başlamışıq istintaq materillarını paylaşmağa ( həssas fotolar, videolar  və.s) . Bu paylaşımlarda psixi cəhətdən zəif olan insanlara mənfi təsir etməsi habelə özünə və başqasına zərər verməsi ilə nəticələnəcəyini nəzərə alsaq, onda dövlət yenə cinayyət məcəlləsinə maddə əlavə etməli olacaq..


Bir daha sübut olunur ki, nə ediriksə, özümüz edirik...



Rauf Bayrambəyli

Xəbəri paylaş: