2023-cü il oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatı ilə münaqişə başlayandan bəri İsrail Müdafiə Qüvvələri (IDF) 571 nəfər itki verib.
Rezonans.az xəbər verir ki, bu barədə İDF-nin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, fevralın 15-də Xan Yunisdə silahlılarla toqquşmalarda bir əsgər həlak olub. Eyni ərazidə daha 8 döyüşçü yaralanıb.
Bununla da Qəzza zolağında quru əməliyyatı başlayandan bəri həlak olan İsrail hərbçilərinin sayı 571-ə çatıb.