Milli Məclisin bu gün keçirilən plenar iclasında Əli Əsədovun yenidən Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verilib.
Rezonans.az xəbər verir ki, deputatlar Ə.Əsədovun indiyədək olan fəaliyyətini müsbət qiymətləndiriblər.
Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.