Ermənilər mövqelərimizi atəşə tutdu - Ordumuz cavab tədbirləri gördü

img

Fevralın 16-sı saat 12:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətindəki mövqelərini iriçaplı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən Rezonans.az-a bildirilib ki, Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Xəbəri paylaş: