Bakıda hoteldə yanğın

img

Bakının Nərimanov rayonu, Ağa Nemətulla küçəsində hoteldə yanğın olub.

Rezonans.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Əlavə məlumat veriləcək.

Xəbəri paylaş: