Bakıda və Abşeronda hava tozludur

Bakıda və Abşeronda hava tozludur

Bu gün Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva Rezonans.az-a bildirib ki, havada tozun miqdarı 1.7- 2 dəfə normadan artıqdır.

"Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir”, - deyə R.Allahverdiyeva bildirib.

Xəbəri paylaş: