Şagirdlərin elektron yerdəyişməsinə başlanılır

img

Bu gün saat 11:00-dan etibarən 2023-2024-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesinə başlanılır.

Bu barədə Rezonans.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, bu gündən XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq.

Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX siniflər üzrə yerdəyişmə prosesi martın 1-dən tədris ilinin sonunadək aktiv edilməyəcək.

Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.azportalı vasitəsilə elektron formada həyata keçirilir.

 

Xəbəri paylaş: