Müəllimlərin maaşı nə qədər artacaq?

img

Bizə ünvanlanan əsas suallardan biri də müəllimlərin əmək haqqı artımları ilə bağlıdır. Artımların sertifikasiya nəticələrinə, yoxsa ümumi prinsiplərə əsaslanması da müzakirə olunan məsələlərdəndir".

Rezonans.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, 2024-cü ildə təhsilə ayrılan vəsaitlərin həcmində artımlar nəzərə tutulub: 

"Bu ilə təhsil sektoruna ayrılan vəsaitin məbləği əvvəlki illə müqayisədə 142.8 milyon manat artılaraq 4 milyard 549 milyon manata çatdırılıb. Bu vəsaitin 2 milyard 372 milyon manatı birbaşa ümumtəhsil xərcləridir. Əmək haqqı artımları baxımından digər mühüm məqam bu il büdcədən 93.6 milyon manatın ayrılmasının nəzərdə tutulmasıdır. Bu vəsaitin 71 milyon manatı sertifikasiya, 22.6 milyon manatı məktəb direktor və müavinlərinin maaşlarına əlavələrə yönəldiləcək. Bu isə o deməkdir ki, sertifikasiyada uğur qazanan müəllimlərin əmək haqqılarında artımlar olacaq. Bu il 30 min müəllimin sertifikasiya imtahanlarında iştirakı nəzərdə tutulur".

Deputat bildirib ki, mövcud qaydalara əsasən, imtahan mərhələsində 30-50 bal toplayanların əmək haqqısı 10.0, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35.0 faiz artır: "Diferensial sistemin dəyişdirilməsinə və əmək haqqı artımlarının müasir qiymətləndirmə sistemlərinə uyğunlaşdırılmasına ehtiyac var. Bu baxımdan, təklif edirik ki, ümumi sualların 80 faizindən çoxunu doğru cavablandırmış, yəni, 48 bal toplamış müəllimlərimizin də əmək haqqılarının 35 faiz artırılmasının maliyyə tutumu hesablansın və buna uyğun olaraq müvafiq qaydalara dəyişiklik edilsin".

Xəbəri paylaş: