Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarını müzakirə etdilər

img

Türkiyənin xarici işlər naziri Hakan Fidan Braziliyadadır. O, səfər çərçivəsində ABŞ dövlət katibi Antoni Blinken ilə görüşüb.

Rezonans.az xəbər verir ki, Fidan və Blinken görüşdə bir sıra xarici və regional məsələlərdən danışıblar.

Belə ki, onlar ikitərəfli münasibətləri, Qəzza zolağındakı hadisələri, eyni zamanda Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını müzakirə ediblər.

Görüşdə planlaşdırılan yüksəksəviyyəli səfərlər də diqqət mərkəzində olub.

Xəbəri paylaş: