Müvəqqəti yaşayış yerlərindən daimi məskunlaşmaya - VİDEO

img

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, məcburi köçkünlər mərhələli şəkildə doğma yurda qayıdırlar. Bu günədək işğaldan azad edilmiş ərazilərdə bərpa edilən və yenidən qurulan beş yaşayış məntəqəsi üzrə 1360 məcburi köçkün ailəsinin (5354 nəfər) daimi məskunlaşması təmin edilib. 

Rezonans.az xəbər verir ki, Laçın rayonunun Zabux kəndi də onlardan biridir. Kənddə bütün zəruri texniki-sosial infrastruktur qurulub, sakinlərin rahat yaşayışı üçün işlər görülüb. Zabuxun 797 sakini (207 ailə) doğma yurdda yaşayır, onun dirçəlməsinə və gələcək inkişafına töhfə verirlər. 

Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində Zabux sakinlərinin iştirakı ilə növbəti videoçarx hazırlanıb. 30 il həsrətində olduqları doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Dövlət Komitəsi Zabuxda daimi məskunlaşmış sakinlərin yaşayışına həsr olunmuş videoçarxı təqdim edir.
 


Xəbəri paylaş: