Muxtar Babayev iki ölkənin səfiri ilə görüşdü

img

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Alim Bayel və Latviya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Edqars Skuya ilə görüşlər keçirib.  

Rezonans.az xəbər verir ki, görüşdə Qazaxıstan və Azərbaycan arasında ətraf mühitin mühafizəsi, gələcək əməkdaşlıq imkanları müzakirə edilib, eyni zamanda ölkəmizin bu il ev sahibliyi edəcəyi mötəbər tədbir olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

Edqars Skuya ilə görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

Xəbəri paylaş: