Azərbaycanda bu bələdiyyələr birləşdirilir - Deputat AÇIQLADI

img

Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatında Milli Məclisə bələdiyyələrlə bağlı iki qanun layihəsi daxil olub. 

Rezonans.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, bələdiyyələrin problemlərinin həlli ilə bağlı parlamentə iki qanun layihəsi daxil olub və artıq komitəyə təqdim olunub: “Layihələrdə bələdiyyələrin sayının azaldılması, birləşməsi ilə bağlı məsələ yer alıb”.

S.Novruzov qeyd edib ki, layihələrdən biri “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında”, həm də “Bələdiyyələrin statusu haqqında”dır: “Belə ki, əhali sayı 3 mindən az olan kəndlərin bələdiyyəsi birləşdiriləcək və böyük bələdiyyələr yaradılacaq. Bu da bələdiyyələrin sosial-iqtisadi vəziyyətini yaxşılaşdıracaq”.

Xəbəri paylaş: