İranda silahlı insident: Ölənlər var

img

İranın İlam əyalətində silahlı naməlum şəxs dövlət idarəsində insanları girov götürüb.

Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki,  silahlı şəxs insanlara atəş açaraq 3 nəfəri öldürüb, 5 nəfəri yaralayıb. Daha sonra o intihar edib. 

Hadisə yerinə polis və təhlükəsizlik qüvvələri gəlib.  Ölən və yaralanan şəxslərin idarənin işçiləri olduğu açıqlanıb.

 Faktla bağlı araşdırma aparılır. 

Xəbəri paylaş: