Bakı-Sumqayıt dəmir yolunun infrastrukturu yenidən qurulacaq

img

Hazırda Bakı-Sumqayıt dəmir yolu xəttinin infrastrukturunun yenidənqurma planı hazırlanır.

Rezonans.az xəbər verir ki, bu barədə Xocalı soyqırımına həsr olunan "Ana fəryadı" abidə kompleksinin ziyarəti zamanı "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında deyib.

"Bu gün dəmir yolu xətləri, elektrik təchizatı, Bakı həlqəvi yolu, yəni Sumqayıt-Bakı yolunun infrastrukturunun kökündən yenidən qurulmasına ehtiyac var. Lazım olan investisiyaların həcmi hesablandıqdan sonra infrastrukturun yaxşılaşdırılmasına başlayacağıq", - o deyib.

Xəbəri paylaş: