Narkomaniya yox deyək” mövzusunda tədbir keçirilib

img

Goranboyda “Narkomaniya yox deyək” mövzusunda tədbir keçirilib.


DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Rezonans.az-a verilən məlumata görə, Goranboy rayon  Tatarlı və Qarqucaq kənd orta məktəblərində “Sağlam həyat tərzi”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə” mövzularında tədbirlər keçirilib. Tədbirdə ictimaiyyət nümayəndələri, eləcə də məktəblərin müəllim və şagird kollektivi iştirak edib.


Çıxış edən Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları qonaqları salamlayaraq tədbirin əhəmiyyəti haqqında danışıb və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıblar. Qeyd edilib ki, bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. “Gənclər xalqımızın gələcəyidir və onların əsl azərbaycanlı kimi yetişməsi, tərbiyə olunması gənclərlə işləyən qurumların vəzifə, eyni zamanda, vətəndaşlıq borcudur. Gənclərin milli və müasir ruhda tərbiyəsi qarşıda duran ən başlıca məsələlərdəndir”.


Polis əməkdaşları erkən nigahın səbəb olduğu problemlərdən də söhbət açaraq, hər bir uşağın yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüquqları olduğunu vurğulayıblar. Bildirilibki, hər bir şagird öz hüquq və vəzifələrini bilməli, zərərli vərdişlərdən uzaq durmalıdır. Yeniyetmə və gənclərimiz yüksək təhsil almalı, müasir informasiya texnologiyalarından istifadə etməyi bacarmalı, idmanla məşğul olmalı, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyüməli, vətənpərvər kimi hər zaman ölkəmizin müdafiəsinə hazır olmalı, cəmiyyətdə sağlam fərdə çevrilməlidirlər.


Daha sonra dini radikalizmin formalaşmasından və insanlar arasında yaratdığı zərərli təsirdən bəhs edilib. Vurğulanılıb ki, adətən, cəmiyyətdə əmin-amanığı, sabitliyi pozmağı özünə məqsəd seçən belə qruplaşmaların qurbanları gənclər olur. Gəncləri radikal qruplaşmaların yalanlarına, xürafat dolu vədlərinə, təxribatçılıq əməllərinə uymamağa və bütün bunlarla mübarizədə valideynləri fəal olmağa çağrılıb


Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Xəbəri paylaş: