SOCAR-ın “Azəriqaz” İB-də növbəti qanvermə aksiyası keçirilir

img

“Qan ver, həyat ver” devizi altında könüllü qanvermə aksiyasına start verilib. 


Rezonans.az xəbər verir ki, talassemiyadan əziyyət çəkən uşaqlara dövlət qayğısının təzahürü kimi Birliyin inzibati binasında hər il həyata keçirilən qanvermə aksiyası artıq ənənəvi hal alıb. Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədilə keçirilən tədbirdə qan vermək istəyən qaz təsərrüfatı işçilərini Mərkəzi Qan Bankının əməkdaşları müayinə etdikdən sonra qanvermə aksiyasına başlanılıb. 


Xeyriyyə aksiyasında rəhbər şəxslərlə yanaşı, Birlik əməkdaşları da iştirak edir. Qeyd edək ki, 27 və 28 fevral tarixlərində tədarük olunan qan və qandan hazırlanan preparatlar hemofiliyalı və talassemiyalı xəstələrin, eləcə də qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.

Xəbəri paylaş: