Bu “ASAN xidmət” bir ay işləməyəcək

img

Bakı şəhərində yerləşən 3 saylı “ASAN xidmət” mərkəzi (Yasamal rayonu) zəruri təmir-bərpa işləri ilə əlaqədar 1 mart tarixindən bir ay müddətinə bağlanacaq.

Rezonans.az xəbər verir ki, vətəndaşlar qeyd olunan tarixdən Bakı şəhərində yerləşən digər “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Hazır sənədlərini 3 saylı “ASAN xidmət” mərkəzindən əldə etməli olan vətəndaşlardan 2024-cü ilin 1 mart tarixindən etibarən 7 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət etmələri xahiş olunur. Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi 83.

Xəbəri paylaş: