“Su ehtiyatları kəskin azalıb” - Agentlik sədri

img

“Azərbaycan su ehtiyatı məhdud olan ölkədir. Respublikamızın yerüstü su ehtiyatları 30 milyard kubmetr təşkil edir. Bu ehtiyatların yalnız 30 faizi respublika ərazisində, 70 faizi isə qonşu ölkələr ərazisindən daxil olur. 

Rezonans.az xəbər verir ki, bu fikirləri Milli Məclisdə keçirilən ictimai dinləmədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bildirib.

Agentlik sədri qeyd edib ki, son illər baş verən iqlim dəyişiklikləri səbəbindən respublikamızda yerüstü su ehtiyatları kəskin azalıb: “2022-ci ildə cəmi 17 milyard kubmetr təşkil edib. Bu, çoxillik planlarımızın 17 %-dir. Bunun da 4,8 milyard kub metri daxildə formalaşıb, qalanı isə qonşu ölkələrdən daxil olub.

Yeni su mənbələrinin yaradılması tələb olunur. Tullantı su təchizatlarının yaxşılaşdırılması bizim siyasətin prioritet istiqamətlərindəndir”.

Xəbəri paylaş: