Əsgərimiz əlverişsiz havada hərəkət istiqamətini itirərək azıb - Rəsmi

img

Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Bu barədə Müdafiə Nazirliyindən Rezonans.az-ın sorğusuna cavab olaraq bildirilib.

Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir.

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Xəbəri paylaş: