Paşinyanı istefaya çağıran partiya sədri saxlanıldı

img

Bu gün səhər saatlarında Ermənistanın paytaxtı İrəvanda keçirilən etiraz aksiyasında iştirak edən “Daşnaksütyun” partiyasının sədri Simon Simonyan saxlanılıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

 

Bugünkü aksiyalar zamanı 280-dən çox vətəndaşın saxlanıldığı bildirilir.

 

Xatırladaq ki, Ermənistan müxalifəti aprelin 25-dən kütləvi etiraz aksiyalarına başlayıb. Etirazçılar baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

Xəbəri paylaş: