Salyanda güclü yanğın - Ölən var

img

Salyan rayonunun Yenikənd kəndində yanğın olub.

Rezonans.az FHN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, ümumi sahəsi 70 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbəri paylaş: