Hərbçilərə 20 günlük məzuniyyət verilsin

img

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına bir dəfə verilən qısa müddətli məzuniyyətin artırılması təklif edilir.

Rezonans.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. 

“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına bir dəfə verilən qısa müddətli 10 günlük məzuniyyətin, hər birinin müddətinin 10 gün olmaqla 2 dəfə verilməsi təklif edilir.

Xəbəri paylaş: