104-cü kvartalda mövcud olan 300 evin mövcud olmayan qaz təminatı "Açıq mikrofon"da

img

Şəki şəhərində təşkil olunan "Səyyar qəbul otağı"na bu dəfə 104-cü kvartalın sakinləri təşrif buyurub. 300 evin adından ünvanlanan 15 sakinin müraciəti isə eyniyönümlü olub. 


Rezonans.az xəbər verir ki, mikrofon önünə çıxan vətəndaşlar 104-cü kvartalın mavi yanacaqla təmin olunmasını istəyiblər. 


Zaqatala RQİİ-nin rəhbər şəxsləri qeyd ediblər ki, ölkə ərazisində qazlaşma  işləri plana uyğun olaraq mərhələli şəkildə aparılır və 104-cü kvartal da digər qazlaşmayan ərazilər kimi Birliyin diqqət mərkəzindədir. 


Sonda hər bir müraciətin qeydiyyatı aparılaraq aksiyanın Şəki şəhərindəki missiyasına yekun vurulub.

Xəbəri paylaş: