ABŞ-dan Türkiyəyə F-16 təklif məktubu gəlib

img

ABŞ-ın 40 ədəd yeni F-16 Blok-70-lərin Türkiyəyə tədarükü və mövcud 79 ədəd F-16-nın modernləşdirilməsi üçün göndərdiyi “Təklif və Qəbul Məktublarının Layihəsi” Türkiyə Milli Müdafiə Nazirliyinə və müvafiq bölmələrə çatdırılıb.

Rezonans.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlayıb.

Məlumata əsasən, araşdırmalar bitdikdən sonra iki tərəfin görüşəcəyİ və bu görüşdə birgə araşdırma və qiymətləndirmələrin aparılacağı bildirilib.

"Siyahı və məhsullar əsasında qiymət təyin olunacaq. Son razılaşma mərhələsinə gəlincə, bu razılaşmanın ümumi dəyəri açıqlanacaq. Təklifimiz Türkiyədə həyata keçiriləcək istehsal və modernləşdirmə fəaliyyətləri üçün ABŞ səlahiyyətlilərinə göndərildi",- deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsindən sonra ABŞ prezidenti Co Bayden Konqresə müraciət edərək Ankaraya “F-16” satışını təsdiqləməyə çağırıb.

Daha sonra ABŞ Dövlət Departamenti Türkiyəyə 40 ədəd F-16 qırıcısının satışı və mövcud F-16-ların modernləşdirilməsi ilə bağlı Konqresə rəsmi bildiriş verib.

Xəbəri paylaş: