Saatlıda maşın 8 yaşlı uşağı vurub ÖLDÜRDÜ

img

Bu gün saat 17 radələrində Saatlı rayonunun Qara Nuru kəndi ərazisində İmişli rayon sakini, 1991-ci il təvəllüdlü Gündüz Hacıyev idarə etdiyi "Daewoo" markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman yolu keçmək istəyən kənd sakini 2016-cı il təvəllüdlü P.Məmişovanı vurub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Rezonans.az-a verilən məlumata görə, sonuncu aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Saatlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar aparılır.

Xəbəri paylaş: