
Türkkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP lideri Kamal Kılıçdaroğlunu məhkəməyə verib.
Rezonans.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ərdoğan Kılıçdaroğluna martın 22-də qrup toplantısında etdiyi çıxış və sosial media hesabında paylaşdığı paylaşımla bağlı “şəxsi hüquqlarını pozmaq” səbəbi ilə 1 milyon lirə mənəvi təzminat iddiası qaldırıb.
Bildirək ki, CHP sədri Kamal Kılıçdaroğlu ötən günlərdə sosial media hesabında prezident Ərdoğanla bağlı sərt paylaşım edib. Kılıçdaroğlu Ərdoğanın özü haqqında yazdığı xəbərə istinad edərək, "O, vergi məmurudur. Amma mən iqtisadçıyam. Aramızdakı fərq budur" cavabını verib.