İcra başçısı səyyar qəbul keçirdi

img

Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayev Kiçik Pirəli kəndində səyyar qəbul keçirib kənd sakinlərini qəbul edərək onların müraciətlərini dinləyib. 


Rezonans.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə icra başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, həmin işlərin fonunda bölgələrə göstərilən xüsusi diqqət və qayğıdan, eləcə də Qəbələ rayonunda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışmışdır. 


Səyyar qəbul zamanı kənd sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilmiş, bir qisminin isə həlli nəzarətə götürülmüşdür. Görüşdə çıxış edən kənd sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Xəbəri paylaş: