Lavrov Ermənistana xəbərdarlıq etdi

img

Rəsmi İrəvan regiondan kənar ölkələrlə əməkdaşlığa üstünlük verir". 

Rezonans.az xəbər verir ki,  bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov  deyib. 

“Əgər belədirsə, Ermənistan hakimiyyəti regionda olan bütün formatlar barədə qərar qəbul etməlidir. Biz Ermənistana qadağa qoya bilmərik. Amma qərarı xalq verməlidir. Bundan sonra isə Ermənistan hakimiyyəti yeni siyasət kursunu elan edə bilər. Belə bir şey bizi Ermənistanla münasibətlərə yenidən baxmağı məcbur edir. Onlar regionda olan digər əməkdaşlıq formatlarına da münasibət bildirməlidirlər”, - S.Lavrov bəyan edib.

Xəbəri paylaş: