Gəncədə 64 yaşlı kişi xəstəxanada intihar etdi

img

Gəncədə 64 yaşlı kişi xəstəxanada özünü asaraq intihar edib.

Rezonans.az xəbər verir ki, hadisə Gəncə şəhər Abbas Səhhət adına xəstəxananın Terapiya 1 şöbəsində baş verib.

Belə ki, Gədəbəy rayonu, Qurudərə kəndində qeydiyyatda olan Mahmudov Müzahir Mahal oğlu özünü həmin şöbənin 230-cu palatasında elektrik uzadıcı naqil ilə yataqdan asaraq intihar edib.

Bildirilib ki, M. Mahmudov ötən ayın 23-ü “bel və digər fəqərəarası disklərinin radikilopohiyası” diaqnozu ilə xəstəxanaya daxil olmuşdu.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Xəbəri paylaş: