Ukrayna Rusiyadan qaz tranzitini uzatmağa hazır olduğunu AÇIQLADI

img

Kiyev müəyyən şərtlər daxilində Rusiyadan qazın öz ərazisindən tranzitini 2024-cü ildən sonra uzatmağa hazırdır. 

Rezonans.az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal bildirib. 

O, bu barədə Ukrayna Nazirlər Kabinetinin saytında yayımlanan mətbuat konfransında deyib: "Avropa ölkələri ya konsorsium kimi çıxış etsələr, ya da avropalı tərəfdaşlardan biri onların qazı üçün tranzit ölkə kimi çıxış edərsə, o zaman biz indiyə qədər etdiyimiz kimi, belə bir xidmət göstərməyə hazırıq". 

Eyni zamanda Ukrayna hökumətinin sədri vurğulayıb ki, Kiyev qaz tranziti mövzusunda Moskva ilə danışıqlar aparmayacaq, lakin Avropa ölkələri ilə dialoqa hazırdır.

Xəbəri paylaş: