Dağıstanda nəzarətsiz qalan 3 uşaq yanaraq ÖLDÜ

img

Hüquq-mühafizə orqanları yanğın nəticəsində 3 uşağın ölümü ilə bağlı cinayət işi açıb.

Rezonans.az xəbər verir ki, bu barədə Rusiyanın Dağıstan üzrə İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.

“Rusiya Federasiyası İstintaq Komitəsinin Dağıstan Respublikası üzrə İstintaq İdarəsinin Kizlyar rayonlararası istintaq şöbəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü hissəsi (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) ilə cinayət işi açıb. Üç azyaşlı uşağın ölümü ilə bağlı məlumat verilib. İlkin məlumata görə, yanğın odun sobasından baş verib”, - məlumatda deyilir.

İstintaqın məlumatına görə, 2024-cü il martın 4-də respublikanın Kizlyar rayonunun Zeleni Buqor kəndində yerləşən evdə yanğın baş verib, otaqda nəzarətsiz qalan 2019, 2020 və 2022-ci il təvəllüdlü üç uşaq ölüb. .

"Hadisənin bütün hallarının müəyyənləşdirilməsinə yönəlmiş kompleks istintaq hərəkətləri həyata keçirilir", - mətbuat xidməti əlavə edib.

Xəbəri paylaş: