Ukrayna Rusiyanın neft bazasını vurdu

img

Ukrayna Silahlı Qüvvələri (USQ) Belqorod vilayətində neft bazasını vurub. 

Rezonans.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Belqorod qubernatoru Vyaçeslav Qladkov Dolqoye kəndindəki Qubkin neft bazasında fövqəladə vəziyyət barədə məlumat verib. 

"Belqorodnefteprodukt" ASC-nin neft bazasına edilən hücum nəticəsində 3 yanacaq çəni yanıb. 

Məlumata görə, hadisə nəticəsində ölən yoxdur. 

Xəbəri paylaş: