Qarabağ erməniləri İrəvanda etiraz aksiyası keçirir

img

Kəlbəcər və Laçından könüllü şəkildə getmiş ermənilər İrəvanda etiraz aksiyası keçirir. 

Rezonans.az erməni KİV-ə istinadən xəbər verir ki, etirazçılar hökumət binası qarşısında toplanıb. 

Onlar dövlətin verdiyi arayışlarla mənzil ala bilmədiklərindən şikayətlənirlər.

Laçında yaşamış Naira Beqoyan bildirib ki, hazırda kirayədə qalır: "Heç kimdən dəstək almamışıq. Bizə arayış verilib, indi banklardan tələb edirik ki, o arayışla mənzil ala bilək. Sabah nəvələrimi əsgərliyə çağıracaqlar, buraxmaram, dövlət mənə heç nə etmirsə, mən niyə dövlət üçün bir şey edim? Statusu çıxarsınlar, gedək Rusiyaya. 9 ailəni də özümlə aparacam, Ermənistan boş qalsın". 

Xəbəri paylaş: