Məktəblərə pulsuz dərsliklər üçün bu qədər vəsait ayrılacaq

img

Məktəblərin pulsuz dərsliklərlə və metodiki vəsaitlərlə təmin olunması üçün 21 milyon 500 min manat vəsait proqnozlaşdırılıb.

Rezonans.az-ın məlumatına görə, bu Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.

Qeyd edilib ki, təhsilalanların müəyyən qisim dərsliklərə əlçatanlığının təmin edilməsi məqsədilə hazırda dərsliyin çap etdirilməsi, həmçinin dərsliklərin rəqəmsal nüsxələrinin yaradılması və onlayn platformalarda yerləşdirilməsi təhsilin inkişafında əvəzedilməz rola malikdir.

Xəbəri paylaş: