Müharibədə 133 jurnalist öldürülüb

img

İsrail ordusunun Qəzza zolağına hücumlarında daha bir jurnalisti öldürdüyü bildirilib.

Rezonans.az xəbər verir ki, mövzu ilə bağlı Qəzza hökumətinin Media Ofisindən yazılı açıqlama verilib. Açıqlamada, Qəzzadan yayımlanan Əl-Əqsa televiziyasının spikeri və jurnalisti olan Məhəmməd Səlamənin İsrailin Qəzzanın mərkəzi hissəsindəki Deyr əl-Belah şəhərində evə edilən hücum nəticəsində öldüyü bildirilib.

Qeyd edək ki, İsrail ordusunun 7 oktyabr 2023-cü ildən bəri hücumlarını davam etdirdiyi Qəzza zolağında öldürülən jurnalistlərin sayı 133-ə yüksəlib.

Xəbəri paylaş: