"Hər zaman şagirdlər arasında davranış qaydalarının pozulması olub" - Nazirlik rəsmisi

img

Məktəblərdə baş verən son hadisələrdə yalnız ümumtəhsil müəssisəsini günahlandırmaqla məsələni həll etmək mümkün deyil. Burada valideyn-məktəb münasibətləri birgə işlənilməlidir".

Rezonans.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov deyib.

Şöbə müdiri bildirib ki, bu vəzifələri tək ümumtəhsil müəssisəsinin üzərinə qoymaqla vəziyyəti tənzimləmək mümkün deyil: "Burada ailənin də üzərinə kifayət qədər yük düşür. Bu məsələlər bu günün mövzusu deyil. Hər zaman məktəbdə şagirdlər arasında müxtəlif davranış qaydalarının pozulması olub. Bu, normaldır. Amma bunun ictimaiyyətə təqdimat forması bir qədər dəyişib, daha çox qabardılır. Düşünürəm ki, buna diqqət və nəzarət etmək lazımdır. Şagird davranış qaydaları nazirlik tərəfindən hazırlanıb. Buna pilot layihə olaraq başlamışıq. 300-dən artıq məktəbdə davranış qaydaları tətbiq olunur. Orada təhsilalanların, təhsilverənlərin və eyni zamanda valideynlərin tənzimləməli olduğu məsələlər öz əksini tapıb".

Xəbəri paylaş: