Muxtar Babayev Dünya İqlim Fondunun prezidenti ilə görüşdü

img

Dünya İqlim Fondunun prezidenti Yens Nilson ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Bu barədə Rezonans.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi mötəbər tədbir olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq prosesi üzrə fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Xəbəri paylaş: