Sabirabadda kafe yandı

img

Sabirabad şəhərində ümumi sahəsi 130 m² olan 3 otaqlı kafenin bir otağının yanar konstruksiyaları 25 m² sahədə yanıb.

Rezonans.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbəri paylaş: