Hakan Fidan Blinkenlə bu məsələləri müzakirə etdi

img

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-də rəsmi səfərdədir.

Rezonans.az xəbər verir ki, Hakan Fidan səfər çərçivəsində Türkiyə-ABŞ Strateji Mexanizm Dialoqunun növbəti toplantısında iştirak edib, ABŞ Dövlət katibi Antoni Blinken ilə görüşüb.

Hakan Fidan mediaya açıqlamasında nümayəndə heyətləri arasında təhlükəsizlik, regional əməkdaşlıq, ticarət və enerji də daxil olmaqla bölgədə baş verən son hadisələr ətrafında geniş fikir mübadiləsinin aparıldığını bildirib.

Xəbəri paylaş: