Sumqayıtda beş nəfər dəm qazından zəhərləndi

img

Sumqayıtda bir gündə beş nəfər dəm qazından zəhərlənib.

Rezonans.az xəbər verir ki, hadisə şəhərin müxtəlif ərazilərində qeydə alınıb.

Onlar “Betonzavod” adlanan ərazidə fərdi evdə yaşayan Sumqayıt şəhər sakinləri, 2003-cü il təvəllüdlü Mehdiyeva Fərqanə Elbrus qızı, 2005-ci il təvəllüdlü Mehdiyeva Əfsanə Elbrus qızı və 2003-cü il təvəllüdlü Abdullayeva Fidan Süleyman qızı, 4-cü mikrorayonda yaşayan 1956-cı il təvəllüdlü Cəfərova Nigar Mirdövlət qızı, 2005-ci il təvəllüdlü Astanova Nərmin Elgün qızıdır.

Dəm qazından zəhərlənən şəxslər dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Xəbəri paylaş: