Bu kimi hallar baş verərsə həbs olunacaqsınız

img

Əfsuslar olsun ki, sosial şəbəkə platformalarında Azərbaycana düşmən mövqedə olan bəzi dövlətlər və qrumlar tərəfindən, qəsdən əhali arasında vahimə yaratmaq və Dövlətə olan inamı sarsıtmaq məqsədi ilə, bir necə müddət əvvəl Tatarıstan Respublikasının, Kazan şəhərində yayılmış terror təxribat barəsində olan paylaşımı, məktəblərin və ticarət mərkəzlərin adını dəyişərək guya Azərbaycanda terror olacaq adı ilə yenidən paylaşıblar. 


Əlbəttə bunu edənlərin məqsədləri aydındır. Lakin, bəzi vətəndaşlarımız  habelə xəbər portalları vardır ki, bu hadisədən sonra ya qorxaraq  yada bilərəkdən əsassız, yalan məlumatlar paylaşmağa başlayıblar. 


Həmin şəxslərin nəzərinə çatdırmaq istərdim ki, bu kimi hallar, cinayyət məcəlləsinin müvafiq maddəsi ilə cinayyət məsuliyyəti yaradır. 


Hər bir normal düşüncəli şəxs bilir və bilməlidir ki, Azərbaycan Dövləti terror təxribat qarşısında aciz deyil və əhaliyə habelə Dövlətə qarşı yaranmış istənilən təxribata qarşı, qabaqcadan proqnozlaşdırma və qarşısını alma tədbirləri həyata keçirtmə qüvvəsinə malikdir.


Rauf Bayrambəyli 

Xəbəri paylaş: