Sailə Salahova: “Siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu var”

img

Dövrünün bütün qüdrətli liderlərinin uğurunu şərtləndirən əsas cəhətlərdən biri məhz strateji düşüncə, zamanın axarını duymaq bacarığı və gələcəyə hazır olmaq əzmidir. Müasir dünyamızın ən parlaq dövlət adamlarından olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin, verdiyi qərarların məzmununa nəzər yetirdikdə dövlət rəhbərimizin bütün qüdrətli liderlərə xas olan yüksək cəhətləri necə uğurla öz şəxsiyyətində birləşdirdiyini görə bilirik.  

   

10 mart 2020-ci il tarixində altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilmiş, cənab Prezident İlham Əliyev iclasda çıxış etmişdir. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılıb. Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulub. Çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. Azərbaycan müasir, dünyəvi dövlət kimi güclənmişdir. Dünyəvilik prinsipləri daha geniş bərqərar olmuşdur. Radikalizmə qarşı mübarizə daha geniş aparılmalıdır. Parlamentin rolu burada vacibdir. Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır. Əldə etdiyimiz ən böyük uğurlardan biri siyasi sabitlikdir. Siyasi sabitliyin qorunmasında bütün vətəndaşlar fəal iştirak etməlidir. Bu gün həm təhlükəsizlik, həm də sabitlik təmin edilir. Ölkəmizdə xalq sabitlik və təhlükəsizlik şəraitində yaşayır. Son illərdə Azərbaycanda əldə edilən iqtisadi inkişafın dünyada təkrarı yoxdur.

       

Ölkədə demokratik təsisatların inkişafı, siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış mühüm addımdır. Çoxpartiyalı sistemin daha da inkişafı və siyasi sistemin təkmilləşdirilməsi üçün qanunvericilik sahəsində atılan bu addım təqdirəlayiq haldır. Azərbaycan dövləti insan hüquq və azadlıqlarının təmin olunması, demokratik dəyərlərin möhkəmlənməsində maraqlıdır və hüquqi-siyasi sahədə aparılan islahatlar bu prioritetin həllinə yönəlib. Altıncı çağırış Milli Məclisin çoxpartiyalı məclis kimi formalaşması bu çağırışdan irəli gəlir. Növbəti mərhələdə bu parlament öz çoxpartiyalı tərkibi ilə demokratik prinsiplər əsasında siyasi islahatlara da öz mühüm töhfəsini verməlidir. Beləliklə, dövlət başçısının ortaya qoyduğu siyasi iradə, başlatdığı inqilabi islahatlar kursu hakimiyyətin bütün qolları tərəfindən dəstəklənməli, inkişaf etdirilməlidir. Başqa sözlə, hakimiyyətin bütün qanadları kimi, yeni parlament də yeni çağırışlarla üz-üzədir. Bu tələblərə uyğun olaraq formalaşan, gənclik və təcrübənin birləşdiyi yeni parlamentin bu çağırışlara lazımınca cavab verəcəyinə ümidlər böyükdür.


Sailə Salahova 

Xəbəri paylaş: